"Azərbaycan hökumətinin narkotik maddələrin qanunsuz dövriyyəsi və narkotrafikinq ilə mübarizə səyləri heyranedicidir".
Bunu "Report"un sualına cavab olaraq ABŞ Dövlət katibinin Narkotik Vasitələrin Beynəlxalq Dövriyyəsi ilə Mübarizə və Hüquq-mühafizə Fəaliyyəti üzrə Bürodakı köməkçisinin müavini Riçard Qlenn deyib.
"Azərbaycanın narkotik maddələrin tranziti ilə mübarizəsini və onların ölkə ərazisinə daxil olmağının qarşısını alınması üzrə səylərini dəstəkləyirik", - R.Qlenn bildirib.