Rəhman Mustafayev Parisdəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Rəhman Mustafayev Parisdəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb Görüşdə səfir Azərbaycanla Fransa arasında əməkdaşlığa dair görülən layihələrdən danışıb
Xarici siyasət
30 Oktyabr , 2017 02:56
Rəhman Mustafayev Parisdəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb
"Report"

Paris. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev Parisdə diaspor nümayəndələri ilə görüşüb.

"Report"un Fransa bürosu məlumat verir ki, Fransaya yeni təyin olunmuş səfir bu ölkədə yaşayan azərbaycanlıları qəbul edib.

Görüşdə səfir Azərbaycanla Fransa arasında əməkdaşlığa dair görülən layihələrdən, diasporun bu əməkdaşlığın inkişafında rolundan və digər aktual məsələlərdan danışıb.

"Fransa ilə intensiv dialoq və əməkdaşlıq şəraitində fəaliyyət göstəririk. Fransanın Milli Assambleyasında Azərbaycanla dostluq qrupu formalaşıb. Qrupa 26 deputat daxildir. Bu rəqəm digər dostluq qruplarındakı deputatların sayı ilə müqayisədə çoxdur", - deyə səfir vurğulayıb.

O, qeyd edib ki, 26 fransalı deputatın Azərbaycanla dostluq əlaqələrində maraqlı olması ölkəmizin nailiyyətlərindəndir: "Mən bu qrupun fəal olacağına ümid edirəm və bunun üçün səylərimi əsirgəməyəcəm. Qrupun rəhbəri yeni yaranmış "İrəli" hərəkatının üzvü olmaqla yanaşı, yaş və iş təcrübəsi ilə də gənc fransızdır. Biz bu cür yeni kadrlara Azərbaycanla bağlı həqiqətləri çatdırmalı, mütəmadi səfərlər təşkil etməliyik.

Fransada yaşayan soydaşlarımız sayca çox deyil. Lakin əhəmiyyətli olan kəmiyyət yox, keyfiyyətdir. Azərbaycanla bağlı həqiqətləri Fransadada durmadan təbliğ etməliyik. Bu işdə sizin rolunuz böyükdür. Biz Azərbaycanı, zəngin və möhtəşəm tariximizi, mədəniyyətimizi, incəsənətimizi Fransada tanıtdırmaq istiqamətində birgə və yorulmadan fəaliyyət göstərməliyik”.

Vüsalə İsmətqızı.

Son xəbərlər

Orphus sistemi