Ramiz Mehdiyev Rusiyanın "Şərəf" ordeni ilə təltif edilib

Ramiz Mehdiyev Rusiyanın "Şərəf" ordeni ilə təltif edilib Orden Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 9-cu beynəlxalq görüşü çərçivəsində təqdim olunub
Xarici siyasət
26 Aprel , 2018 09:43
Ramiz Mehdiyev Rusiyanın Şərəf ordeni ilə təltif edilib
Report/Elchin Murad

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 9-cu beynəlxalq görüşü çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi "Şərəf" ordeni ilə təltif edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Təhlükəsizlik Şurasının sədri Yevgeni Anoşin bildirib.

"Nikolay Patruşev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə görüşdə Ramiz Mehdiyevə Rusiya prezidentinin sərəncamına əsasən, "Şərəf" ordeni təqdim edib", - Y.Anoşin deyib.

Son xəbərlər

Orphus sistemi