Ramiz Mehdiyev Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Ramiz Mehdiyev Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında görüş olub.
Xarici siyasət
18 İyun , 2019 18:05
Ramiz Mehdiyev Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında görüş olub.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, görüş təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli şəxslərin Rusiyanın Ufa şəhərində keçirilən X beynəlxalq görüşü çərçivəsində baş tutub. 

Görüş zamanı iki ölkənin güc qurumları və xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyəti, həmçinin bu ilin sonunadək təhlükəsizlik sahəsindəki əməkdaşlıq planı müzakirə olunub.

Qeyd edək ki, bənzər görüş Rusiya tərəfi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında da keçirilib.

Son xəbərlər

Orphus sistemi