Mübariz Qurbanlı: "Beynəlxalq ictimaiyyətin əsas vəzifəsi radikalizmin aradan qaldırılmasıdır"

Mübariz Qurbanlı: "Beynəlxalq ictimaiyyətin əsas vəzifəsi radikalizmin aradan qaldırılmasıdır" Beynəlxalq ictimaiyyətin əsas vəzifəsi radikalizmi və terrorizmi aradan qaldırmaqdır.
Xarici siyasət
25 Aprel , 2019 16:40
Mübariz Qurbanlı: Beynəlxalq ictimaiyyətin əsas vəzifəsi radikalizmin aradan qaldırılmasıdır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı / Report / Firi Salim

"Beynəlxalq ictimaiyyətin əsas vəzifəsi radikalizmi və terrorizmi aradan qaldırmaqdır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən ikinci Azərbaycan-Avropa Dinlərarası Dialoq və Radikalizmə qarşı Mübarizə Konfransında deyib.

O qeyd edib ki, ekstremist əhval-ruhiyyənin yayılmasına təsir göstərən bir sıra amillər var: "Azərbaycan ən müxtəlif dini, etnik və mədəni qrupların bir araya gələrək əla anlaşdığı və birgə yaşadığı unikal nümunələrdən biridir. Bütün bunlar dövlətçiliyimizin əsasında qoyulub".

Onun sözlərinə görə, indiyədək ölkədə dinlərarası münaqişə zəmnində heç bir qarşıdurma olmayıb. 

Son xəbərlər

Orphus sistemi