Qoşulmama Hərəkatının XİN başçılarının Bakıda keçiriləcək konfransının proqramı açıqlanıb

Qoşulmama Hərəkatının XİN başçılarının Bakıda keçiriləcək konfransının proqramı açıqlanıb Nazirlər konfransına hazırlıq məqsədilə aprelin 3-4-də yüksək vəzifəli məmurlar səviyyəsində iclas olacaq
Xarici siyasət
1 Fevral , 2018 17:41
Qoşulmama Hərəkatının XİN başçılarının Bakıda keçiriləcək konfransının proqramı açıqlanıb
Report

Bakı. 1 fevral. REPORT.AZ/ Bu il aprelin 5-6-da Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək. 

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, nazirlər konfransına hazırlıq məqsədilə 3-4 aprel 2018-ci il tarixində yüksək vəzifəli məmurlar səviyyəsində iclas olacaq. Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcəklər.

Qeyd edək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama hərəkatına sədrlik edəcək.

Qoşulmama Hərəkatının 5-6 aprel tarixlərində Bakıda keçiriləcək aralıq nazirlər toplantısı ilə əlaqədar www.nambaku.org ünvanda xüsusi internet saytı yaradılıb.

Yerli və xarici media nümayəndələrinin onlayn akkreditasiyası saytın qeydiyyat (Registration/For Media) bölməsi vasitəsilə aparılır. Tədbirdə iştirak etmək niyyətində olan media nümayəndələrinin 12 mart 2018-ci il tarixinədək onlayn qaydada akkreditasiyadan keçmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi