Yuxarı

Qlobal Bakı Forumunda Avropa İttifaqının genişləndirilməsi məsələsi müzakirə olunub

© Report/ Elchin Murad

"Bosniya və Herseqovinanın Avropa İttifaqına (Aİ) inteqrasiya isstiqamətində addımlar atılır, işlər görülür".

"Report" xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç VII Qlobal Bakı Forumu çərçivəsində "Qərbi Balkan ölkələri: Bolqarıstan və Rumıniyanın Avropa İttifaqına sədrliyi" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

O bildirib ki, xarici siyasətdə iki hədəf var: “Bunlardan biri Avropa İttifaqına, digəri isə NATO-ya üzvlükdür. Tam əminəm ki, Bosniya olaraq çətinliklərə baxmayaraq, ölkəmiz NATO-nun üzvü ola bilər. Avropa İttifaqının müvafiq sorğularına cavab verilib və nəticə gözlənilir. Bu statusu əldə etdikdən sonra sistem tamam fərqli vəziyyətə gələcək. Bu müddətdə öz standartlarımızı uyğunlaşdırmağa çalışırıq. Bunun da bütün regiona müsbət təsiri olacaq. Üzvlük enerji və digər iqtisadi problemlərin həll yollarını açacaq".

Şefik Caferoviç qeyd edib ki, Aİ tərəfindən yeni strategiya müəyyənləşdirilib: "Bu da özünü yeni sektorlarda göstərir. Ölkəmiz müxtəlif dövlətlərlə iqtisadi sahədə əməkdaşlığı gücləndirməkdədir. Təbii ki, bu münasibətlər qarşılıqlı hörmətə əsaslanır. Aİ və NATO-ya inteqrasiya çərçivəsində hədəflərimiz çoxdur. Bu da ölkəmizin müxtəlif səpkidə islahatların aparılmasına təşviq edəcək".

Rumıniyanın baş nazirinin müavini Ana Birchall ölkəsinin Aİ-nin sərhədlərinin genişləndirilməsində maraqlı olduğunu bəyan edib: “Biz Avropa İttifaqının qlobal aktyora çevrilməsini istəyirik. Avropa İttifaqı üçün demokratiya və qanunların aliliyi əsas prioritetlərdir. Hazırda namizədlərlə danışıqlar aparılır. Avropa İttifaqının bütün dəyərləri Balkan regionunda tam bərqərar olmalı, müvafiq islahatlar aparılmalıdır. Belə olan halda Avropa İttifaqına üzvlük məsələsi daha da asanlaşır. Bosniya və Herseqovina, Makedoniya və Albaniya vəziyyəti yaxşılaşdıracaq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi