Yuxarı

Qırğız Respublikasının Prezidenti Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib

Qırğız Respublikasının Prezidenti Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib
Görüşdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev iştirak edib
© president.kg

Bakı. 15 noyabr. REPORT.AZ/ Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Bişkekdə keçirilmiş Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının Konfransının 21-ci iclasının iştirakçıları ilə görüşüb.

"Report" Qırğızıstan Prezidentinin saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev də iştirak edib.

S.Jeenbekov bu konfransın bütün region üçün əhəmiyyətli hadisə olduğunu bildirib.

"Biz qardaş və yaxın xalqlarıq. Xüsusi xidmət orqanlarının rəhbərlərinin illik görüşü ənənəsini 20 ildir qoruyaraq əməkdaşlığınızı gücləndirməyinizə və inkişaf etdirməyinizə, təcrübə mübadiləsi aparmağınıza və geniş spektrli milli, regional və qlobal məsələləri müzakirə etməyinizə görə şadıq", - o deyib.

Qırğızıs Respublikasının Prezidenti söyləyib ki, region ölkələrinin dövlət başçıları, ilk növbədə, qardaş xalqların təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş xüsusi xidmət orqanlarının sıx və effektiv əməkdaşlığına xüsusi önəm verirlər.

Görüşdə qeyd edilib ki, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının Konfransında sədrlik Qırğız Respublikasından Azərbaycana keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi