Qırğız Respublikasının prezidenti Azərbaycana səfər edəcək

Qırğız Respublikasının prezidenti Azərbaycana səfər edəcək Almazbek Atambayev Bakıda ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək
Xarici siyasət
17 Fevral , 2015 17:40
Qırğız Respublikasının prezidenti Azərbaycana səfər edəcək

Bakı. 17 fevral. REPORT.AZ/ Qırğız Respublikasının prezidenti Almazbek Atambayev aprelin sonlarında Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verir.

Səfər zamanı A.Atambayevin Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşləri gözlənilir. Görüşlərdə Azərbaycan və Qırğız respublikaları arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirə olunacağı nəzərdə tutulub.  

Son xəbərlər

Orphus sistemi