Yuxarı

Qırğız prezidenti: "Azərbaycanın Türk Şurasına sədrliyinin səmərəli olacağına şübhəm yoxdur"

Qırğız prezidenti: Azərbaycanın TDƏŞ-də sədrliyi səmərəli olacaq

"Bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasından 10 il ötür və sammitin Azərbaycanda keçirilməsi çox sevindiricidir”.

“Report” xəbər verir ki, bunu Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov Bakıda keçirilən Türkdilli Dövlətlərinin Əməkdaşlıq Şurasının VII zirvə görüşündə bildirib.

"Ölkələrimiz arasında iqtisadi, ticarət, investisiya sahəsində böyük potensial var. Məsələn, bu gün ölkələrimiz arasında nəqliyyat dəhlizlərinin yaradılmasını təklif etdim. Qırğızıstan və Qazaxıstanın Avrasiya İqtisadi İttifaqına daxil olması Türk Şurasından olan tərəfdaşlarımız üçün 190 milyonluq bazara çıxış imkanı yaradır. Azərbaycanın sədrliyi ilə Türk Şurası iqtisadiyyat, ticarət investisiya sahəsində islahatları davam etdirəcəyinə əminəm. Bütövlükdə Azərbaycanın təşkilata sədrliyinin olduqca səmərəli keçəcəyinə şübhəm yoxdur”, - deyə o qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi