Qətər əmiri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Qətər əmiri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb Bakı. 29 may. REPORT.AZ/ Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
29 May , 2018 13:29
Qətər əmiri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:  

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı rifah və tərəqqi, ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin gələcək illərdə daha da genişlənməsini arzulayıram".

Son xəbərlər

Orphus sistemi