Qubernator: "Qərbi Ukrayna bölgəsi Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə hazırdır"

Qubernator: "Qərbi Ukrayna bölgəsi Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə hazırdır" “Azərbaycan ilə Ukrayna arasında uzun illərdir inkişaf edən ikitərəfli münasibətlər yeni layihələrin həyata keçirilməsinə zəmin yaradır. Xüsusilə Qərbi Ukraynada bunun üçün çox yaxşı şərait var”.
Xarici siyasət
5 İyul , 2019 15:57
Qubernator: Qərbi Ukrayna bölgəsi Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə hazırdır

“Azərbaycan ilə Ukrayna arasında uzun illərdir inkişaf edən ikitərəfli münasibətlər yeni layihələrin həyata keçirilməsinə zəmin yaradır. Xüsusilə Qərbi Ukraynada bunun üçün çox yaxşı şərait var”.

Bunu “Reporta açıqlamasında Ukraynanın Ternopil vilayətinin qubernatoru Stepan Barna bildirib.

O qeyd edib ki, əsasən, sənaye məhsulları ilə zəngin olan Qərbi Ukrayna bölgəsi Azərbaycanla istər ticarət, istərsə də istehsal sahəsində əməkdaşlığın gücləndirilməsinə hazırdır: “Bizim xammal formasında spirt emalımız çox genişdir. Bundan başqa, bizdə elə məhsullar var ki, Azərbaycan bunu istehsal edir. Xüsusilə qida məhsulları. Biz bütün bunlar üzərində maraqlı layihələr həyata keçirə bilərik”.

Qubernator onu da qeyd edib ki, rəhbərlik etdiyi vilayətdə Azərbaycan mədəniyyətinə maraq böyükdür: “Bizim ölkədə azərbaycanlılar ictimai-siyasi sahədə daha fəaldırlar. Hesab edirəm ki, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, birgə elmi və mədəni-tarixi konfransların sayının artırılması, turizm sahəsində fikir mübadiləsinin dinamikləşdirilməsi iki xalq arasında həqiqətlərin aşılanmasında ciddi rol oynayar”, - S.Barna bildirib.

Son xəbərlər

Orphus sistemi