QDİƏT PA-nın baş katibi: "Münaqişələr təşkilatın potensialından tam istifadə etməyə mane olur"

QDİƏT PA-nın baş katibi: "Münaqişələr təşkilatın potensialından tam istifadə etməyə mane olur" Bakı. 27 noyabr. REPORT.AZ/ Münaqişələr Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) potensialından tam istifadə etməyə mane olur.
Xarici siyasət
27 Noyabr , 2018 11:04
QDİƏT PA-nın baş katibi: Münaqişələr təşkilatın potensialından tam istifadə etməyə mane olur

Bakı. 27 noyabr. REPORT.AZ/ "Münaqişələr Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) potensialından tam istifadə etməyə mane olur".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Asəf Hacıyev Yerevanda keçirilən QDİƏT PA-nın 52-ci iclasında bildirib.

A.Hacıyev qeyd edib ki, QDİƏT regionunda 25 illik əməkdaşlıq təşkilata bir çox sahələrdə qarşılıqlı əlaqələrdə təcrübə toplamağa imkan verib və əsas prioritetlər kənd təsərrüfatı, nəqliyyat, turizmdir.

"Bu, böyük potensiala malik olan, Şərqlə Qərb arasındakı təbii resurs körpüsüdür. Lakin münaqişələr iqtisadi əməkdaşlığın tam potensialından istifadə etməyə mane olur. Buna görə də iclasın gündəliyi tam deyil və elə də çox iddialı deyil", - baş katib deyib.

Onun sözlərinə görə, təşkilatı regional qlobal çağırışlar əsasında modernləşdirmək lazımdır.

A.Hacıyev qeyd edib ki, parlament üzvləri ciddi nəticələr əldə olunmasında xüsusi rol oynayırlar.

Son xəbərlər

Orphus sistemi