Bakı. 11 may. REPORT.AZ/ Qazaxıstanın İnformasiya və Kommunikasiya Nazirliyinə yeni rəhbər təyin olunub.
"Report" xəbər verir ki, bu, 2003-cü ildə Qazaxıstanın Azərbaycandakı səfirliyində üçüncü katib vəzifəsində çalışmış Dauren Abayevdir.
O, baş nazir Kərim Məsimov tərəfindən kollektivə təqdim olunub.
Dauren Əsgərbəyoviç Abayev bunadək Qazaxıstan prezidentinin mətbuat katibi - müşaviri vəzifəsini tutub.