Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq Qazaxıstanda iyunun 9-da keçiriləcək növbədənkənar prezident seçkiləri günü bu ölkənin Azərbaycandakı səfirliyində də seçki məntəqəsi fəaliyyət göstərəcək.
Xarici siyasət
22 May , 2019 16:34
Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Qazaxıstanda iyunun 9-da keçiriləcək növbədənkənar prezident seçkiləri günü bu ölkənin Azərbaycandakı səfirliyində də seçki məntəqəsi fəaliyyət göstərəcək.

“Report” xəbər verir ki, bu barədə qarşıdakı seçkilərə həsr olunan mətbuat konfransı zamanı Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bildirib.

“Azərbaycanda yaşayan Qazaxıstan vətəndaşları yerli vaxtla saat 7-dən axşam saat 8-dək səs verə biləcəklər”, - deyən diplomat ölkəsində seçkilərlə bağlı bütün hazırlıq işlərinin artıq başa çatdığını da qeyd edib.

Son xəbərlər

Orphus sistemi