Qazaxıstan XİN başçısı: "Xəzər dənizi üzrə Konvensiyanın razılaşdırılması əlavə görüşlər tələb edir"

Qazaxıstan XİN başçısı: "Xəzər dənizi üzrə Konvensiyanın razılaşdırılması əlavə görüşlər tələb edir" Xəzəryanı ölkələrin sammiti 2017-ci ildə Qazaxıstanda keçiriləcək
Xarici siyasət
13 İyul , 2016 14:36
Qazaxıstan XİN başçısı: Xəzər dənizi üzrə Konvensiyanın razılaşdırılması əlavə görüşlər tələb edir

Bakı. 13 iyul. REPORT.AZ/ "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə hələ bir sıra həll olunmamış məsələlər qalır".

"Report" TASS-a istinadən xəbər verir ki, bu sözləri Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov respublikanın baş naziri Kərim Maximovun "Xəzər beşliyi" ölkələrinin (Azərbaycan, İran, Rusiya, Qazaxıstan, Türkmənistan) xarici işlər nazirləri ilə görüşündə deyib.

"Əhəmiyyətli irəliləyiş var, lakin hələ üzərində işləməli olduğumuz məsələlər də mövcuddur", - deyə o bildirib. Y.İdrisov nümayəndə heyətlərinin hamısının konstruktivizm ruhu göstərdiyini qeyd edib.

Qazaxıstan XİN başçısı tərəflər cari məsləhətləşmələr çərçivəsində bu işin həllini tapması üçün səylər göstərəcəyini də əlavə edib. "Amma çox güman, sammitə qədər əlavə görüşlərə ehtiyac olacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, Xəzəryanı ölkələrin sammiti  2017-ci ildə Qazaxıstanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi