Qazaxıstan XİN başçısı: "Həmişə günəşli Azərbaycana gəlməkdən şad olmuşam"

Qazaxıstan XİN başçısı: "Həmişə günəşli Azərbaycana gəlməkdən şad olmuşam" "Çoxtərəfli formatda tərəflər beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir"
Xarici siyasət
5 İyul , 2016 16:47
Qazaxıstan XİN başçısı: Həmişə günəşli Azərbaycana gəlməkdən şad olmuşam

Bakı. 5 iyul. REPORT.AZ/ "Qazaxıstan və Azərbaycan arasında münasibətlər Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 2005-ci ilin may ayında Azərbaycana rəsmi səfəri zamanı imzalanmış strateji tərəfdaşlıq və müttəfiq münasibətlər haqqında sazişə uyğun olaraq inkişaf edir".

Bu sözləri onlayn sual-cavab sessiyasında "Report"un sualını cavablandırarkən Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov deyib.

Onun sözlərinə görə, çoxtərəfli formatda tərəflər BMT, ATƏT, İKT kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir: "Qazaxıstan və Azərbaycan arasında mütəmadi olaraq yüksək və yuxarı səviyyədə görüşlər və danışıqlar keçirilir. Şəxsən mən dəfələrlə sizin gözəl ölkənizdə olmuşam".

Y.İdrisov qarşıdakı aylarda Azərbaycana səfərlərin planlaşdırılmadığını, amma həmişə günəşli Azərbaycana gəlməkdən şad olduğunu da sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi