Qazaxıstan səfiri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Qazaxıstan səfiri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə əməkdaşlıq məsələlərini müzakirə edib Bakı. 1 fevral. REPORT.AZ/ Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ilə görüşüb.
Xarici siyasət
1 Fevral , 2019 11:32
Qazaxıstan səfiri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. 1 fevral. REPORT.AZ/ Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ilə görüşüb.

Qazaxıstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı Qazaxıstan və Azərbaycan arasında bütün sahələrdə dinamik inkişaf edən əlaqələrin nəzərə alınması ilə Bakı və Qazaxıstanın iri şəhərləri, o cümlədən Astana və Almatı arasında sıx əməkdaşlıq qurmağın vacibliyi diqqətə çatdırılıb.

Bu baxımdan qazaxıstanlı diplomat Bakı merinə 2019-cu il mayın 16-17-də keçiriləcək və əsas mövzusu "Ruhlandırıcı artım: insanlar, şəhərlər və iqtisadiyyat" olacaq Astana İqtisadi Forumu (AİF) barədə məlumat verib. O əlavə edib ki, AİF çərçivəsində davamlı inkişafın yeni yollarının axtarışına, insan kapitalının inkişafına, eləcə də beynəlxalq bilik və innovasiya mərkəzləri kimi şəhərlərin potensialının gücləndirilməsinə dair müzakirələr aparılacaq.

E.Əzizov qardaş Qazaxıstanla hərtərəfli əməkdaşlığa tam hazır olduqlarını bildirərək, paytaxt Astana ilə qarşılıqlı faydalı əlaqələrin qurulmasında maraqlı olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi