Bakı. 26 oktyabr. REPORT.AZ/ Oktyabrın 30-da Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana işgüzar səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin rəsmi internet saytında bildirilir.
Səfər zamanı Prezident Nursultan Nazarbayev Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edəcək.