Qazaxıstan prezidenti gələn il Azərbaycana səfər etməyi planlaşdırır

Qazaxıstan prezidenti gələn il Azərbaycana səfər etməyi planlaşdırır "Səfərin təşkili üzrə işlər görülür"
Xarici siyasət
16 Dekabr , 2014 19:00
Qazaxıstan prezidenti gələn il Azərbaycana səfər etməyi planlaşdırır

Bakı. 16 dekabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev gələn il Azərbaycana səfər etməyi planlaşdırır. "Report"un xəbərinə görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Amangəldi Jumabayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda səfərin tarixinin və proqramının müəyyənləşdirilməsi üzrə işlər görülür: "Biz hər il yüksək səviyyədə səfərin təşkilini planlaşdırırıq. Bizim prezident Azərbaycana gəlir, ya da əksinə. Məntiqə görə, bu dəfə Qazaxıstan tərəfi Bakıya səfər etməlidir. Ümid edirik ki, gələn il bu səviyyədə belə görüş baş tutacaq". 

Son xəbərlər

Orphus sistemi