Qazaxıstan Məclisinin spikeri Bakıda Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentlərinin sədrləri ilə görüşüb

Qazaxıstan Məclisinin spikeri Bakıda Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentlərinin sədrləri ilə görüşüb Nurlan Niqmatulin bu gün TürkPA-nın Bakıdakı yeni binasının açılışında iştirak edəcək
Xarici siyasət
22 Dekabr , 2016 10:03
Qazaxıstan Məclisinin spikeri Bakıda Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentlərinin sədrləri ilə görüşüb

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakıda səfərdə olan Qazaxıstan Məclisinin (parlamentinin aşağı palatası) sədri Nurlan Niqmatulin Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentlərinin spikerləri ilə ikitərəfli görüşlər keçirib.

"Report" "Times.kz" portalına istinadən xəbər verir ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Qırğızıstan Joqorku Keneşinin sədri Cınıbay Tursunbekovla görüşlərdə Assambleya çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələləri, eləcə də ümumilikdə parlamentlərarası dialoqun aktivləşdirilməsi müzakirə olunub.

Qeyd edilib ki, sıx əməkdaşlıq və qarşılıqlı dəstək ölkələr arasındakı strateji tərəfdaşlıq ruhuna uyğun gəlir.

Həmsöhbətlərin sözlərinə görə, parlamentlərarası əməkdaşlığın dərinləşməsi əməkdaşlığının müxtəlif sahələrində dövlət başçılarının əldə etdikləri razılaşmaların həyata keçirilməsinə kömək edəcək.

N.Niqmatulin TürkPA üzvləri olan ölkələrin gələn il Qazaxıstandan sədrliyi təhvil alacaq Qırğızıstanın sədrliyi ilə də səmərəli işə davam edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Qazaxıstan Məclisinin sədrinin Bakıya səfərinin məqsədi TÜRKPA-nın yeni binasının bu gün keçiriləcək açılışında iştirak etməkdir.

Son xəbərlər

Orphus sistemi