Əli Əhmədov: "Minsk qrupunun həmsədrləri AŞPA-da Qarabağla bağlı qətnamənin qəbul edilməməsi üçün əllərindən gələni etdilər"

Əli Əhmədov: "Minsk qrupunun həmsədrləri AŞPA-da Qarabağla bağlı qətnamənin qəbul edilməməsi üçün əllərindən gələni etdilər" "Qətnamə ilə bağlı səslərin sayılmasında həqiqətən saxtakarlıq olubsa, bunu AŞPA üçün o qədər də baş ucalığı gətirməyən hadisə hesab edirəm"
Xarici siyasət
30 Yanvar , 2016 13:07
Əli Əhmədov: Minsk qrupunun həmsədrləri AŞPA-da Qarabağla bağlı qətnamənin qəbul edilməməsi üçün əllərindən gələni etdilər

Bakı. 30 yanvar. REPORT.AZ/ “Avropa Şurasının Parlament Assambleyasında Dağlıq Qarabağa dair qətnamənin qəbulu zamanı səslərin sayılmasında həqiqətən saxtakarlıq olubsa, bunu bütövlükdə Avropanın ən vacib qurumlarından biri olan AŞPA üçün o qədər də baş ucalığı gətirməyən hadisə hesab edirəm”.

"Report"un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, qurumun Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə əlaqədər qərar qəbul etməsinə mənfi münasibət göstərməsi və nəticə etibarı Dağlıq Qarabağla bağlı qətnamənin qəbul edilməməsi AŞPA-ya baş ucalığı gətirməyəcək: “Ən azı ona görə ki, AŞPA Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiq edib. İkinci dəfə əks mövqeyin nümayiş etdirilməsi düzgün hal ola bilməz".

Baş nazirin müavini deyib ki, burada təəssüfedici hal ondan ibarətdir ki, Minsk qrupunın həmsədrləri AŞPA-da belə bir qətnamənin qəbul edilməməsi üçün əllərindən gələni ediblər: "Bu da bütövlükdə Minsk qrupunun hansı məqsədə xidmət etdiyi haqqında bizi düşünməyə vadar edir".

Son xəbərlər

Orphus sistemi