Yuxarı

Qana prezidenti Azərbaycana səfərə gələcək

​Qana prezidenti Azərbaycana səfər edəcək
© GNA

Qana Prezidenti Nana Akufo-Addo Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Azərbaycana gələcək.

"Report"un məlumatına görə, Qana prezidenti oktyabrın 23-də "Rusiya-Afrika" sammitində və iqtisadi forumda iştirak etdikdən sonra Soçidən Bakıya gələcək.

Qana prezidentini səfər çərçivəsində xarici işlər naziri Şirli Ayorkor Botçvey və energetika naziri Peter Amevu müşayiət edir.

Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.

Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi