Pyotr Poroşenko: "Azərbaycan "Antonov" təyyarələri almağı planlaşdırır"

Pyotr Poroşenko: "Azərbaycan "Antonov" təyyarələri almağı planlaşdırır" "Azərbaycanla hökumətlərarası danışıqlar nəticəsində müvafiq razılıq əldə olunub"
Xarici siyasət
31 May , 2016 14:25
Pyotr Poroşenko: Azərbaycan Antonov təyyarələri almağı planlaşdırır

Bakı. 31 may. REPORT.AZ/ Ukrayna öz istehsalı olan təyyarələrin Səudiyyə Ərəbistanına təchizatıyla bağlı qarşı tərəflə müqavilə imzalayıb. Eyni zamanda, Azərbaycana da təyyarə tədarükü nəzərdə tutulur.

"Report" "Daily.ua"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko "Antonov" dövlət müəssisəsinin 70 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə məlumat verib.

Onun sözlərinə görə, Ukraynanın Azərbaycanla hökumətlərarası danışıqları nəticəsində Azərbaycanın Ukraynadan "Antonov" təyyarələri alacağına dair razılıq əldə olunub.

Ukrayna prezidenti, həmçinin uzun illər ərzində ilk dəfə ölkəsinin Müdafiə Nazirliyinin "Antonov"a yeni təyyarələr sifariş etdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi