Bakı. 30 mart. REPORT.AZ/ Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin cari ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirakını istisna etməyib.
"Report" xəbər verir ki, bu barədə o, TASS-ın sualını cavablandırarkən bildirib.
"Həqiqətən, belə bir dəvət var. Səfərin baş tutacağını istisna etmək olmaz. Lakin yekun qərar qəbul olunanda, biz bu barədə ətraflı məlumat verəcəyik", - deyə o bildirib.