Prezidentin tapşırığı ilə Əli Həsənov Türkiyəyə səfərə gedib

Prezidentin tapşırığı ilə Əli Həsənov Türkiyəyə səfərə gedib O, Mövlud Çavuşoğlu ilə görüşüb
Xarici siyasət
24 Oktyabr , 2016 16:07
Prezidentin tapşırığı ilə Əli Həsənov Türkiyəyə səfərə gedib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir.

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, Əli Həsənov səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bir sıra məsələlər, o cümlədən ictimai-siyasi sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyə və Azərbaycan diasporlarının mütəşəkkil və birgə fəaliyyətinin təmin olunması istiqamətində yeni strategiyanın müəyyənləşdirilməsi ilə əlaqədar məsələlərə diqqət yetirilib.

Söhbət zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi