Prezident: "Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır"

Prezident: "Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır" Həm Ukraynada, həm Azərbaycanda nəqliyyat sahəsində müasir logistika və infrastruktur mövcuddur.
Xarici siyasət
17 Dekabr , 2019 16:58
Prezident: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır

"Həm Ukraynada, həm Azərbaycanda nəqliyyat sahəsində müasir logistika və infrastruktur mövcuddur". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-də Bakıda Ukrayna Prezidenti Vladimir Zelenski ilə birlikdə mətbuata bəyanatlarla çıxış edərkən deyib. 

"Xəzər dənizi, Qara dəniz nəqliyyat dəhlizləri bizim ölkəmizin iştirakı ilə fəaliyyət göstərir. Mən Prezidentə məlumat verdim ki, son illərdə Azərbaycanda bu sahəyə çox böyük investisiyalar qoyulub. Artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçməklə geniş beynəlxalq əməkdaşlığa da təkan verir, əməkdaşlıq üçün yeni imkanlar açır. Ona görə bu sahədə birgə səylərlə reallaşdırılan Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, “Vikinq” layihəsi – bütün bu layihələr bizim ölkələrimizi və geniş mənada regional əməkdaşlığı daha da möhkəmləndirəcək, ölkələrimizə fayda verəcəkdir", - Azərbaycan Prezidenti vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi