Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Münhendə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Ölkəmizdə sərmayə qoyuluşu baxımından münbit şəraitin olduğu bildirilib.
Söhbət zamanı Azərbaycanın və Almaniyanın iş adamları arasında qarşılıqlı biznes səfərlərinin təşkilinin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.