Yuxarı

Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib

Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib
Dövlət başçısı Putini Rusiya Federasiyasının Prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib
© Report

Bakı. 7 may. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

"Report" Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı Vladimir Putini Rusiya Federasiyasının Prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə fəaliyyətində yeni uğurlar arzulayıb.

Dövlət başçısı, eyni zamanda, Rusiya Prezidentinə qarşıdan gələn 9 May - Qələbə günü münasibətilə də təbriklərini çatdırıb.

Prezident Vladimir Putin təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və öz növbəsində dövlətimizin başçısını qarşıdan gələn 9 May - Qələbə günü münasibətilə təbrik edib.

Prezident İlham Əliyev təbrikə görə təşəkkür edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin uğurlu inkişafını qeyd edib, ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi