​Prezident İlham Əliyev ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşüb

​Prezident İlham Əliyev ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşüb Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
22 Yanvar , 2016 22:09
​Prezident İlham Əliyev ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Davosda Azərbaycan prezidenti İlham Əliyevin ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib.

Ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən nəqliyyat, energetika, sərmayə qoyuluşu və digər istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi