Prezident İlham Əliyev Türkiyənin müdafiə, mədəniyyət və turizm nazirlərinin başçılıq etdikləri nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Türkiyənin müdafiə, mədəniyyət və turizm nazirlərinin başçılıq etdikləri nümayəndə heyətini qəbul edib Söhbət zamanı ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində əlaqələrin uğurla inkişaf etdiyi bildirilib
Xarici siyasət
27 Sentyabr , 2016 15:01
Prezident İlham Əliyev Türkiyənin müdafiə, mədəniyyət və turizm nazirlərinin başçılıq etdikləri nümayəndə heyətini qəbul edib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının müdafiə naziri Fikri İşığın, mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdikləri nümayəndə heyətini qəbul edib.

“Report”un xəbərinə görə, müdafiə naziri Fikri İşıq, mədəniyyət və turizm naziri Nabi Avcı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıblar.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında müdafiə, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin əhəmiyyətindən danışılıb.

Söhbət zamanı ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Son vaxtlar turizm sahəsində görülən tədbirlər nəticəsində ölkəmizdə turistlərin sayının artdığı qeyd edilib, Türkiyənin bu sahədə zəngin təcrübəyə malik olmasının əhəmiyyəti diqqətə çatdırılıb. Dünya Turizm Günündə Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcının ölkəmizə səfərinin önəmi vurğulanıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

Dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Respublikasının prezidentinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi