Prezident İlham Əliyev "Smart Africa" şirkətinin icraçı direktorunu qəbul edib - ƏLAVƏ OLUNUB

Prezident İlham Əliyev "Smart Africa" şirkətinin icraçı direktorunu qəbul edib - ƏLAVƏ OLUNUB Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Smart Africa şirkətinin icraçı direktoru Hamadoun Toureni qəbul edib.
Xarici siyasət
1 Fevral , 2018 10:31
Prezident İlham Əliyev Smart Africa şirkətinin icraçı direktorunu qəbul edib - ƏLAVƏ OLUNUB

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də "Smart Africa" şirkətinin icraçı direktoru Hamadoun Toureni qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

***

Hamadoun Toure sonuncu dəfə 2014-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi olarkən “Bakutel” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak etmək üçün Azərbaycana səfərini məmnunluqla xatırlayıb. 22 Afrika ölkəsinin üzv olduğu və 12 Afrika ölkəsinin dövlət başçısının idarə heyətinə daxil olduğu “Smart Africa” Təşəbbüsü və onun fəaliyyəti haqqında məlumat verən Hamadoun Toure Təşəbbüsün Afrika qitəsi üçün vahid rəqəmsal platformanın yaradılması işində vacib rol oynadığını, işlərin artıq yaxşı nəticələr verdiyini, həmçinin layihələrdə peyk texnologiyalarının tətbiqi istiqamətində “Azərkosmos” ASC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Prezident İlham Əliyev Azərbaycan ilə “Smart Africa” Təşəbbüsü arasında gələcək əməkdaşlığı dəstəklədiyini və bu sahədə istiqamətlərin müəyyənləşdirilməsinin önəmini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi