Prezident İlham Əliyev Şimon Peresin vəfatı ilə əlaqədar İsrail səfirliyində olub

Prezident İlham Əliyev Şimon Peresin vəfatı ilə əlaqədar İsrail səfirliyində olub Dövlət başçısı matəm kitabında ürək sözlərini yazıb
Xarici siyasət
29 Sentyabr , 2016 16:10
Prezident İlham Əliyev Şimon Peresin vəfatı ilə əlaqədar İsrail səfirliyində olub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İsrailin Azərbaycandakı səfirliyində olub.

İsrailin Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, dövlət başçısı İsrailin 9-cu prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

Xatırladaq ki, Ş.Peres sentyabrın 28-də səhər saatlarında Təl-Əviv yaxınlığındakı "Təl ha-Şomer" xəstəxanasında, 94 yaşında dünyasını dəyişib. O, 1984-1986 və 1995-1996-cı illərdə İsrailin baş naziri, eləcə də 2007-2014-cü illərdə prezidenti olub.

Son xəbərlər

Orphus sistemi