Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına başsağlığı verib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına başsağlığı verib Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına başsağlığı verib
Xarici siyasət
24 Sentyabr , 2015 19:28
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına başsağlığı verib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Minada baş vemiş faciə ilə bağlı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib.

“Report”un məlumatına görə, başsağlığında deyilir:

“Əziz Qardaşım,

Həcc ziyarəti zamanı yaranmış qarışıqlıq nəticəsində çox sayda zəvvarın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Son xəbərlər

Orphus sistemi