Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına başsağlığı verib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına başsağlığı verib “Həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”
Xarici siyasət
12 Sentyabr , 2015 12:37
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına başsağlığı verib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib. “Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Əlahəzrət,

Əziz Qardaşım,

Məkkə şəhərindəki Məscidül-Həramda baş vermiş faciə nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Son xəbərlər

Orphus sistemi