Prezident İlham Əliyevə Serbiyanın ali ordeni təqdim olunub - YENİLƏNİB

Prezident İlham Əliyevə Serbiyanın ali ordeni təqdim olunub - YENİLƏNİB Dövlət başçısı səfiri qəbul edib
Xarici siyasət
4 Aprel , 2017 12:35
Prezident İlham Əliyevə Serbiyanın ali ordeni təqdim olunub - YENİLƏNİB
Azertag.az

*** saat 10:45

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfir Neboyşa Rodiç Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ildə təltif edildiyi Serbiyanın ali ordenini dövlət başçısına təqdim edib.

Səfir dövlət başçısına Ali ordenə layiq görülməsi münasibətilə Serbiyanın Prezidenti Tomislav Nikoliçin təbriklərini çatdırıb.

Prezident İlham Əliyev Ali ordenə layiq görülməsini yüksək qiymətləndirib və təbriklərə görə minnətdarlığını Serbiya Prezidentinə çatdırmağı xahiş edib. Dövlət başçısı İlham Əliyev Prezident Tomislav Nikoliçin Azərbaycana səfəri və onunla Bakıda keçirdiyi görüşü məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev, eyni zamanda, Serbiyada keçirilmiş son prezident seçkilərində Aleksandr Vuçiçin qələbəsi münasibətilə təbriklərini çatdırmağı xahiş edbi. Prezident İlham Əliyev Aleksandr Vuçiçi Azərbaycana səfərə dəvət edib.

Səfir Neboyşa Rodiç Prezident İlham Əliyevin Serbiyaya səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini bildirib.

Serbiya səfiri Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə ölkəmizin hər yerində böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edilib, Azərbaycanın Serbiyanın yol infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirdiyi işlər yüksək qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi