Prezident İlham Əliyev Roma Papası Fransiskə məktub ünvanlayıb

Prezident İlham Əliyev Roma Papası Fransiskə məktub ünvanlayıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib.
Xarici siyasət
12 Mart , 2019 17:56
Prezident İlham Əliyev Roma Papası Fransiskə məktub ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Zati-müqəddəsləri,

Tacqoyma Gününüzün ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər, eyni zamanda, dinlər və mədəniyyətlər arasında dialoq və tolerantlıq mühitinin təşviqi üçün bariz nümunədir. İnanıram ki, əməkdaşlıq zəminində addımlarımız bundan sonra da dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi