Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə ona yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğan
Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.