Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib "Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla mübarizəni zəruri hesab edirik"
Xarici siyasət
10 Oktyabr , 2015 14:35
Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Ankarada törədilən partlayışla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. 

"Report" xəbər verir ki, Azərbaycan Prezidentinin bağsağlığı məktubunda deyilir: 

"Hörmətli cənab Prezident,

Əziz qardaşım,

Ankarada törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı.

Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla mübarizəni zəruri hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Son xəbərlər

Orphus sistemi