Yuxarı

Prezident İlham Əliyev Qazaxıstan prezidenti vəzifəsində fəaliyyətə başlamış Kasım-Jomart Tokayevə telefonla zəng edib

İlham Əliyev Kasım-Jomart Tokayevə telefonla zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 20-də Qazaxıstan prezidenti vəzifəsində fəaliyyətə başlamış Kasım-Jomart Tokayevə telefonla zəng edib.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi prezident vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluqlarını bildirib, əlaqələrimizin gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi