Prezident İlham Əliyev Nepalın dövlət başçısına məktub göndərib

Prezident İlham Əliyev Nepalın dövlət başçısına məktub göndərib “Nepal Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm”
Xarici siyasət
16 Mart , 2018 16:55
Prezident İlham Əliyev Nepalın dövlət başçısına məktub göndərib

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Bidhya Devi Bhandariyə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli xanım Prezident,

Nepal Federativ Demokratik Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Nepal arasındakı münasibətlər dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Nepal xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Son xəbərlər

Orphus sistemi