Yuxarı

İlham Əliyev Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru ilə görüşdü - YENİLƏNİB

Prezident İlham Əliyev Münxendə Beynəlxalq Böhran Qrupunun prezidenti 347

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Münhendə Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru Robert Malley ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı ölkəmizin mövqeyini bir daha qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Söhbət zamanı Beynəlxalq Böhran Qrupu tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif hesabatların hazırlandığı qeyd olundu. Hazırlanmış son hesabatlarda Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlər, eyni zamanda, Ermənistanın apardığı qeyri-qanuni məskunlaşma siyasəti ilə əlaqədar məsələlərin əks olunmasının vacibliyi vurğulandı.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.


*** 12:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Münhendə Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru Robert Malley ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi