Prezident İlham Əliyev misirli həmkarına təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev misirli həmkarına təbrik məktubu ünvanlayıb Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
3 Aprel , 2018 15:49
Prezident İlham Əliyev misirli həmkarına təbrik məktubu ünvanlayıb

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Misir Ərəb Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə fəaliyyətinizdə daim uğurlar diləyirəm”.

Son xəbərlər

Orphus sistemi