Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Misirin dövlət başçısına başsağlığı verib

    Biz terrorizmin bütün təzahürlərinə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik

    Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı məktubu ünvanlayıb. 

    "Report"un məlumatına görə, başsağlığı mətnində deyilir: 

    Hörmətli cənab Prezident,

    Ər-Rauda məscidinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

    Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik.

    Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi