Prezident İlham Əliyev Misir səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Misir səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimin etimadnaməsini qəbul edib.
Xarici siyasət
28 Fevral , 2018 13:35
Prezident İlham Əliyev Misir səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimin etimadnaməsini qəbul edib.

“Report”un xəbərinə görə, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Səfir Adel İbrahim Ahmed İbrahim fəxri qarovul dəstəsinin qarşısından keçib. Adel İbrahim Ahmed İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycanın çox gözəl ölkə olduğunu deyən Adel İbrahim Ahmed İbrahim burada özünü evindəki kimi hiss etdiyini qeyd edib, Misir xalqının Azərbaycana və Azərbaycan xalqına səmimi hisslər bəslədiyini bildirib. Səfir hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev ölkəmizin Misirlə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və bu ölkə ilə daha yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasına önəm verdiyini deyib. Dövlət başçısı ölkələrimiz arasında qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq bu yaxınlarda Qahirə şəhərində Azərbaycan-Misir Hökumətlərarası Birgə Komissiyasının iclasının uğurla keçirilməsindən məmnunluğunu ifadə edib. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Misirin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstək nümayiş etdirdiklərini bildirib, mövcud siyasi dialoqun səmərəli şəkildə davam etdirilməsinin önəmini vurğulayıb. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün iqtisadi sahədə daha çox işlərin görülməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu sahədə böyük imkanların mövcud olduğunu bildirib. Ölkələrimizin qarşılıqlı idxal-ixrac potensialından faydalana biləcəyini deyən Prezident İlham Əliyev, həmçinin sərmayə imkanlarının araşdırılmasının və hər iki ölkədən olan şirkətlərin fəaliyyəti üçün lazımi şərtlərin yaradılmasının əhəmiyyətini qeyd edib. Dövlət başçısı Azərbaycanın bütün sahələrdə Misirlə sıx əlaqələr qurmaq niyyətində olduğunu deyərək iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparıldığını, insanların daha müntəzəm səyahətlərinin təşkil edilməsi üçün birbaşa uçuşların yaradılmasının önəminə toxunub.

Prezident İlham Əliyev səfir Adel İbrahim Ahmed İbrahimin Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında mövcud olan dost münasibətlərinin inkişafına öz töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyinə əminliyini bildirib.


*** 12:05

Bakı. 28 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 28-də Misirin Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimin etimadnaməsini qəbul edib.

“Report”un xəbərinə görə, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.  

Son xəbərlər

Orphus sistemi