Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Mərakeş kralını təbrik edib

    Məktub Mərakeş Krallığının milli bayramı – Taxt-Tac Günü münasibətilə göndərilib

    Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə məktub ünvanlayıb. 

    "Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

    "Əlahəzrət, əziz qardaşım,

    Mərakeş Krallığının milli bayramı – Taxt-Tac Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

    Əminəm ki, Azərbaycan ilə Mərakeş arasındakı münasibətlər ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi