Prezident İlham Əliyev meksikalı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev meksikalı həmkarına başsağlığı verib "Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi"
Xarici siyasət
9 Sentyabr , 2017 09:33
Prezident İlham Əliyev meksikalı həmkarına başsağlığı verib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev meksikalı həmkarı Enrike Penya Nyetoya başsağlığı verib. 

"Report"un məlumatına görə, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanlarıın tezliklə sağalmasını arzulayıram".

Son xəbərlər

Orphus sistemi