Yuxarı

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibli iclasında iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibli iclasında iştirak edib - YENİLƏNİB

Oktyabrın 11-də Aşqabadda məhdud tərkibdə iclas başa çatandan sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevə Türkmənistanın “Bitərəflik” ordenini təqdim edib.

Azərbaycanın Rusiyadakı səfiri, MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlu Fondun “Humanitar əməkdaşlığın inkişafında xidmətlərinə görə” medalını Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edib.

İclasda bir sıra sənədlər, o cümlədən “Strateji iqtisadi əməkdaşlıq haqqında” bəyannamə imzalanıb.

Daha sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından nümayəndə heyətləri başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.

Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak edib.

Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb.


***14:43

Oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi