Yuxarı

Prezident İlham Əliyev “Mastercard” şirkətinin idarə heyətinin üzvü ilə görüşüb

Prezident İlham Əliyev “Mastercard” şirkətinin idarə heyətinin üzvü ilə görüşüb

Dövlət başçısı Azərbaycandakı layihələrdə “Mastercard”ın yaxından iştirak etməsinin əhəmiyyətini vurğulayıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “Mastercard” şirkətinin idarə heyətinin üzvü Tim Mörfi ilə görüşüb.

"Report" xəbər verir ki, Tim Mörfi son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu islahatlar nəticəsində elektron ticarətin və elektron ödənişlərin inkişafı ilə bağlı tədbirlərdə “Mastercard” şirkətinin də iştirak etdiyini və müxtəlif layihələr reallaşdırdığını məmnunluqla bildirib. 

Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında “Mastercard”dan geniş istifadə edildiyini deyən Tim Mörfi Mərkəzi Bankla, həmçinin digər bank və ödəniş sistemləri ilə əməkdaşlığın uğurlu olduğunu vurğulayıb.

Prezident İlham Əliyev son illərdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda nağdsız ödənişlərin həcminin artırılması barədə müvafiq orqanlar qarşısında vəzifələr qoyulduğunu bildirib. Dövlət başçısı bu layihələrdə “Mastercard”ın yaxından iştirak etməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi