Yuxarı

Prezident İlham Əliyev Malayziyanın Baş nazirini təbrik edib

Prezident İlham Əliyev Malayziyanın Baş nazirini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bakı. 14 may. REPORT.AZ/ Prezident İlham Əliyev Malayziyanın Baş naziri Mahathir Məhəmmədə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Baş nazir,

Malayziyanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Malayziya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bakıdakı görüşümüzü ən xoş təəssüratlarla xatırlayır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Malayziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi